21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Yer kürəsində “Perm qırılmasının” əsl səbəbi aşkarlandı

17.04.2019

ABŞ-ın Cincinnati Universiteti və Çinin Geoloji Elmlər Universitetinin mütəxəssisləri kütləvi "Perm qırılmasının” əsl səbəbinin vulkan püskürmələri olduğu qənaətinə gəliblər.
"Dövran Media" Azərtac-ın "Nature Communications” nəşrinə istinadən verdiyi xəbərə görə, alimlər 252 milyon il yaşı olan çöküntülərdə civə izləri aşkarlayıb. Həmin metalın toplandığı kömür ehtiyatlarının yanması nəticəsində planetin atmosferinə atılan civə yağış vasitəsi ilə Dünya okeanına, sonra isə bütün dünyadakı dəniz çöküntülərinə qarışıb.
Alimlər, həmçinin püskürmələrin mərkəzinin indiki Sibir ərazisində olduğunu müəyyən ediblər. Püskürmələr 100 min illər boyu davam edib, həmçinin tək vulkanlarda deyil, yer qabığındakı çatlarda da baş verib. Bundan başqa, atmosferə 3 milyon kubkilometr həcmində kül atılıb ki, bu da Yer kürəsində orta temperaturun təxminən 10 dərəcə artmasına səbəb olub.
Nəticədə qida zəncirləri pozulub və dənizlərin turşululuğu artıb, bu isə öz növbəsində dəniz növlərinin 96 faizinin, quruda yaşayan onurğalı növlərinin 73 faizinin, həşərat növlərinin 83 faizinin yox olması ilə nəticələnib. Bioloji müxtəlifliyin seyrəlməsi isə təxminən 60 min il davam edib.