Türk deputatdan erməni jurnalistə: Azərbaycan qırmızı cizgidir!
16.04.2019
Azərbaycan qırmızı cizgimizdir. Ermənistan mövcud problemin həlli üçün addımlar atmalıdır.
Bu sözləri AKP-nin Ordu bölgəsi üzrə deputatı Mətin Gündoğdu erməni jurnalistə açıqlamasında deyib.
"Bir millət, iki dövlət olduğumuz Azərbaycanı özümüzdən ayırmırıq. Ermənistanın Azərbaycanla olan problemi həll etməsi lazımdır. Bu, regionun rifahı və burada yaşayanların birliyi üçün olduqca önəmlidir. Bunları edə bilsək, güclü coğrafiyaya sahib olarıq”, - deyə deputat bildirib.