Rusiya Sudanın yeni hökumətini tanıdı
16.04.2019
Rusiya Sudanın yeni hökumətini tanıyıb.
Bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər nazirinin müavini Mixail Boqdanov deyib.
Qeyd edək ki, Sudanda bundan öncə hakimiyyət dəyişikliyi olub. Nəticədə Sudan lideri Ömər əl Bəşir devrilib. Əl Bəşirin yerinə Sudanda hakimiyyətə nəzarəti Hərbi Şura ələ keçirib.