Lukaşenko: “Mən Ərdoğanı “dostum” adlandırıram"
15.04.2019
"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan məni "qardaş” adlandırır”.
Bunu "Anadolu” agentliyinə müsahibəsində Belarus prezidenti Aleksandr Lukaşenko deyib.
"Mən Ərdoğanı "dostum” adlandırıram. Türk lider mənə "qardaş” deyə müraciət edir. Biz yaxın və doğma insanlarıq. Bir-birimiz başa düşür, bütün beynəlxalq platformalarda bir-birimizi dəstəkləyirik. Bizim əməkdaşlıq üçün heç bir qapalı mövzumuz yoxdur”, - o bildirib.
"Bizim üçün çox sayda ölkələrlə, xüsusilə, Türkiyə kimi çox güclü və zəngin ölkə ilə əlaqələr qurmaq olduqca vacibdir... Sizin bizim avadanlıqlarımıza həqiqətən ehtiyacınız var ...
Biz yükünü özü boşaldan, orta və kiçik yükqaldırma qabiliyyətli avtomobillər, traktorlar və s. istehsal edirik", - deyə Lukaşenko vurğulayıb.
Belarus liderinin sözlərinə görə, Minsk və Ankaranın digər "ümumi maraqları və təmas nöqtələri də var: bu, İT-müasir texnologiyalar, kimya və neft-kimya sənayesi sektorudur".