21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Amerikalı alim: "... XIX əsrə qədər Ermənistan adlı dövlət olmayıb"

15.04.2019

İngilis əsilli amerikalı alim, tarix elmləri doktoru, professor, Beynəlxalq Münasibətlər Nəzəriyyəsi və Tarixi kafedrasının müdiri Con Habrs faktların, əlyazmaların, Qafqaz tarixinə dair xəritələrin uzun müddət araşdırılmasından sonra belə bir fikrə gəlib ki, bu ərazidə XIX əsrə qədər Ermənistan adlı dövlət olmayıb.
KİV-in verdiyi xəbərə istinadən, bu barədə tarixçinin rəsmi sosial şəbəkə hesabında məlumat yerləşdirilib.
Tarixçi yazır: "XII əsrdən XIX əsrə qədər Ermənistanın hökmdarı və paytaxtı barədə mənə nəsə danışacaq şəxsə 1.000.000 (bir milyon dollar) ödəyəcəm”.
Sosial şəbəkə istifadəçilərinin yazdıqları şərhlərdən belə aydın olur ki, Con Habrs Ermənistanla bağlı tarixi faktları paylaşmasından sonra erməni hakerlər üçün hədəfə çevrilib. Erməni istifadəçilər tərəfindən çoxsaylı şikayətlərdən sonra Habrsın sosial şəbəkə hesabı ilə yanaşı "Vikipediya” səhifəsi də silinib.