İraqla əməkdaşlıq istəyirik - Əsəd
14.04.2019
Suriya Prezidenti Bəşər Əsəd Dəməşqdə İraqın Milli Təhlükəsizlik üzrə müşaviri Falih əl-Fəyyadı qəbul edib.
Bu barədə Prezident Administrasiyasının mətbuat xidməti informasiya yayıb.
"Beynəlxalq və regional səviyyədə baş verən hadisələr Suriya və İraqdan öz müstəqilliyini qorumaq məsələsində irəli getməyi tələb edir”, - Əsəd bildirib.
Əsəd həmçinin təhdidlərin ölçüsündən asılı olmayaraq regionun taleyini bölgə əhalisinin həll edəcəyini qeyd edib.