Sərkisyan geri dönür
13.04.2019
Respublikaçılar Partiyasında yenidən canlanma yaranıb.
Bu barədə "Qraparak” qəzeti məlumat yayıb. Qeyd olunub ki, Sərksiyan artıq bütün gününü partiyanın ofisində keçirir:
"Partiyanın dəhlizləri insanlarla dolur. Səssiz şəkildə partiyadan gedənlər yenidən geri dönürlər, amma partiya rəhbəri onların heç də hamısını qəbul etmir.
Respublikaçılara Rusiya və Qərb emissarları maraq göstərir. Ona görə ki, protokol formatından kənar şəkildə parlament qüvvələrinin nümayəndələri ilə kommunikasiya problemləri yaranır. Belə ki, Rusiya və Qərb parlamentdə yetərli qədər adekvat adamlar tapa bilmir".