Gül dilə gəldi: "Son 70 ildə..."
13.04.2019
Seçki ilə bağlı gedən proses ölkənin etibarını zədələyir. Məsələnin uzanması Türkiyəyə zərər verir.
Bu sözləri Türkiyənin 11-ci prezidenti Abdullah Gül deyib.
"Türkiyənin 1950-ci ildən çoxpartiyalı sistemə keçməsindən bu yana 70 ildir ki, seçkilər heç vaxt mübahisə mövzusu olmayıb. Ancaq təəssüflə görürük ki, son zamanlar seçkilərin keçirilməsi və nəticələri ilə bağlı mübahisələr gedir", - Gül qeyd edib.