Bu maşınlar hərracda - Siyahı
13.04.2019
Milli Məclisinin İşlər İdarəsi "Nissan Maxima” markalı avtomobili hərraca çıxarıb.
Bu barədə Əmlak Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.
"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Həkim-Sanitar Xidməti "Rexton RX270” markalı avtomobili, Xızı rayon İcra Hakimiyyəti "Nissan Maxima, Bakı Şəhər İcra Hakimiyyətinin İqtisadiyyat Komitəsi "QAZ-31029”, Xüsusi Dövlət Mühafizə Xidməti isə "Mersedes Benz E240” markalı nəqliyyat vasitələrini hərraca qoyub.