02 02 2025-cu il Bakı 5 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

“Real” kreditə girdi - 575 milyon

13.04.2019

İspaniyanın "Real” klubu Madriddəki "Santyaqo Bernabeu” stadionunun yenidənqurma işlərinə hazırlığını başa vurur.
Mayda başlayacaq işlər üçün 575 milyon avro kredit götürülüb.
Bu vəsait "Real”ın hesabına üç dəfəyə köçürüləcək. İlk məbləğin verilməsi bu ilin iyulunda, digərləri isə 2020 və 2021-ci ildə gerçəkləşəcək.
Madrid klubu 30 illik krediti 2,5 faizlə ödəməli olacaq. Klub ilk ödənişi 2023-cü ildə gerçəkləşdirməlidir. "Real” 2049-cu ilədək hər il 29,5 milyon avro qaytarmalıdır. Layihəni "JP Morgan” və "Bank of America Merrill Lynch”, "Banco Santander”, "Societe Generale” və "CaixaBank” maliyyələşdirir.
Qeyd edək ki, 1947-ci ildə tikilən "Santyaqo Bernabeu”da sonuncu dəfə 2001-ci ildə yenidənqurma işləri aparılıb.