Firudin Qurbanov Moskva Beynəlxalq Təhsil Salonunda çıxış etdi
12.04.2019
Təhsil nazirinin müavini Firudin Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti VI Moskva Beynəlxalq Təhsil Salonunda iştirak etmək məqsədi ilə Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində səfərdə olub.
Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, nümayəndə heyəti 10 aprel 2019-cu il tarixində Moskva Beynəlxalq Təhsil Salonunda nümayiş olunan Təhsil Nazirliyinin və beynəlxalq "Algoritmika" şirkətinin birgə pilot layihəsi olan "Rəqəmsal bacarıqlar”a həsr edilən stendlə tanış olub. Stenddə əsas məqsədi şagirdlərə rəqəmsal bacarıqların öyrədilməsi olan sözügedən layihənin əhatə dairəsi və əldə edilmiş nailiyyətlər barədə ətraflı məlumat nümayiş etdirilib.