Dalay Lama xəstəxanadan buraxıldı
12.04.2019
Tibet buddistlərinin lideri Dalay Lama xəstəxanadan buraxılıb.
Bu barədə onun mətbuat katibi xəbər verib.
Qeyd edək ki, 83 yaşlı lider aprelin 9-da ağ ciyər infeksiyası diaqnozu ilə Nyu Dehli xəstəxanasına yerləşdirilmişdi.
Mətbuat katibi Dalay Lamanın hazırda özünü yaxşı hiss etdiyini qeyd edib: "Zati-müqəddəsləri xəstəxanadan artıq çıxıb, özünü yaxşı hiss edir".