Azərbaycanlı Koreyada MƏLUM OLDU
11.04.2019
Tarixdə ilk dəfə azərbaycanlı gənc Cənubi Koreyada dövlət məmuru olub.
Gənc soydaşımız Nihat Xəlilzadə Seul İcra Hakimiyyətinin Xarici Vətəndaşların Konsulluğunda vitse-prezident kimi fəaliyyət göstərir. O həmçinin, Qanqnam Bələdiyyəsində Yoksam Qlobal Mərkəzinin direktoru vəzifəsində çalışır.
Qeyd edək ki, Nihat Xəlilzadə 1992-ci ildə Masallıda anadan olub. 10 ilə yaxındır ki, Cənubi Koreyada yaşayır, Soongsil Universitetinin magistridir.