AB-dən Liviya tələbi: Dərhal dayandırın!
11.04.2019
Avropa Birliyi BMT-nin Liviya üzrə xüsusi nümayəndəsi Həsən Salamenin bu ölkədə hərbi fəaliyyətlərin dayandırılması ilə bağlı çağırışlarına qoşulur.
Bu sözləri Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Moqerini deyib.
"Biz dərhal atəşkəs elan edilməsini, humanitar yardımların buraxılmasını və siyasi proseslərə qayıdılmasını istəyirik”, - Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarının mətbuat katibi Maya Kosyançiç bildirib.
Qeyd edək ki, Liviyada Tripoli uğrunda Liviya Milli Ordusu ilə Milli Razılıq Hökuməti qüvvələri arasında savaş gedir.