İbrahimbəyov Qarabağın işğalından danışdı
11.04.2019
Azərbaycan ərazilərinin işğalı heç nə ilə haqq qazandırılması mümkün olmayan aqressiyadır.
Bunu "Dojd” televiziyasına müsahibəsində azərbaycanlı ssenarist, rejissor, yazıçı Rüstəm İbrahimbəyov deyib.
"Azərbaycanın 20% ərazisi Ermənistan tərəfindən tutulub. Bu, XX əsrdə baş verib. Buranın mənim vətənim olması, mənim vətənimin ərazilərinin işğal edilməsiylə bərabər əsas tezisim odur ki, bu, Azərbaycanda yaşayan ermənilərə münasibətdə avantüra idi. Ona görə ki, 400 min insan Azərbaycanı, 400 min azərbaycanlı isə Ermənistanı tərk etdi, amma ən əsası odur ki, XX-XXI əsrlərdə ərazi problemlərini silahlı yolla həll etmək olmaz. Bu, tarixçilərin, alimlərin müzakirə məsələsidir, amma hələ də bu məsələnin praktik olaraq heç bir ciddi müzakirəsinə cəhd olmayıb”, – deyə o bildirib.