Dünya tarixində ilk - Hindistanda
11.04.2019
Hindistanda parlament sekçilərinin ilkin mərhələsi başlayıb.
KİV-in verdiyi xəbərə görə, 91 mahalda səsvermə məntəqələri səhər saatlarından açılıb. Səsvermə saat 18:00-da başa çatacaq. Seçkilərlə əlaqədar bəzi regionlarda təhlükəsizlik tədbirləri gücləndirilir. Tripur ştatında isə Banqladeşlə sərhəd tamamilə bağlanıb.
Bildirilir ki, bu, seçkilərdə təxminən 900 milyon seçici iştirak edəcək ki, dünya tarixində ilk sayılır. Parlament seçkiləri 7 mərhələdə keçiriləcək.