Ərdoğan istədi, Putin ordunu geri çəkdi
11.04.2019
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putinin Moskva görüşündən sonra rus qoşunları Suriyanın Tel Rıfat bölgəsindən geri çəkilməyə başlayıb.
"Dövran Media" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
Məlumata görə, Moskva görüşündə Türkiyə YPG ilə əməkdaşlıq edilməməsi ilə bağlı qəti mövqe ortaya qoyub. Bundan sonra müvafiq qərar qəbul edilib, həmçinin türk-rus qoşunlarının İdlibdə birgə patrul nəzarəti həyata keçirməsi razılaşdırılıb.
Qeyd edək ki, YPG terrorçuları buna qədər Tel Rıfatda rus qoşunlarının himayəsində müdafiə olunub.