Baxtadze Paşayevanın suallarını cavablandırdı - AŞPA
10.04.2019
Bu gün AŞPA-da Gürcüstanın Baş naziri Mamuka Baxtadze çıxış edib.
Azərbaycan nümayəndə heyətinin üzvü, AŞPA Azad Demokratlar Qrupunun vitse-prezidenti Qənirə Paşayevanın Gürcüstan baş nazirinə Azərbaycan rəhbərliyi ilə həyata keçirilən böyük enerji layihələri və enerji təhlükəsizliyi mövzusunda suallar ünvanlayıb.
Baş nazir deputatın "Azərbaycan və Gürcüstan Avropa qitəsinin enerji təhlükəsizliyinə daha hansı töhfə verə bilər” sualına cavabında Azərbaycanın Gürcüstanın yaxın strateji tərəfdaşı olduğunu və tərəflərin bundan sonra da birlikdə böyük işlərə imza atacağına inandığını deyib:
"Hər iki ölkə tarixi layihələrin həyata keçirilməsinə birgə imza atıblar. Bakı-Tiflis-Ceyhan neft boru kəməri, Cənub Qaz Dəhlizi kimi böyük enerji layihələri mühüm əhəmiyyət daşıyır. Bu gün də vacib infrastruktur layihələrini həyata keçiririk. Xəzər dənizinin sərvətlərindən, imkanlarından bəhrələnməklə Avropanın enerji təhlükəsizliyini daha çox təmin edə bilərik. Azərbaycanla birlikdə böyük layihələrdə iştirakımızdan çox məmnunuq”.