Yataqxanadakı yanğın qəsdən törədilib - komitə sədrinin açıqlaması
10.04.2019
Bakının Nərimanov rayonunda məcburi köçkünlərin məskunlaşdığı yataqxana qəsdən yandırılıb.
Bunu jurnalistlərə açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev bildirib.
O, qeyd edib ki, hadisə ilə bağlı cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Qeyd edək ki, bu il martın 6-da Bakı şəhəri, Nərimanov rayonu, Malik Məmmədov 12 ünvanında yerləşən yataqxanada yanğın baş verib. Yanğın nəticəsində 2 nəfər ölüb, 6 nəfər xəstəxanaya yerləşdirilib.
O bildirib ki, faktla bağlı cinayət işi başlanılıb.