Rusiya nəhəng qonşusundan qorxur
10.04.2019
Avrasiya İttifaqı Çinlə azad ticarət zonasının yaradılmasına hələlik hazır deyil.
Bunu "RİA Novosti”yə müsahibəsində Avrasiya İqtisadiyyat Komissiyasının Ticarət üzrə naziri Veronika Nikişina söyləyib.
"Hazırda Avrasiya İttifaqındakı biznes Çin üçün bazarların tam açılmasına hazır deyil. Danışıqların başlanmasına qədər bu addımın mümkün nəticələrini analiz etmək lazımdır”, – deyə o bildirib.