Sərt açıqlama: ABŞ-la mübarizə aparacağıq
09.04.2019
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) ilə mübarizə üçün bütün vasitələrdən istifadə edəcəyik.
"Dövran Media" xəbər verir ki, bu bəyanatı İran Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb. Bəyanatda ordu CENTCOM-u terror qruplaşması adlandırıb.
Qeyd edək ki, bundan öncə ABŞ SEPAH-ı terror təşkilatı kimi tanıyıb. İran isə buna cavab olaraq ABŞ ordusunu terrorçular siyahısına daxil edib.