Prezident İlham Əliyev yeni doğulan körpəyə ev verdi
09.04.2019
Prezident İlham Əliyev Azərbaycanın 10 milyonuncu sakininin ailəsinə mənzil bağışlayıb.
Bu gün keçirilən görüşdə Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mənzilin sənədlərini körpənin atasına təqdim edib.
Xəbəri körpənin atası Rauf Həsənov təsdiqləyib.
"Mənzilin sənədlərini bu gün cənab prezident İlham Əliyev və xanımı bizə təqdim etdi. Bu diqqətə görə cənab prezidentə və xanımına təşçəkkür edirəm".