Tripoli uğrunda döyüşlər: 50 ölü
09.04.2019
Liviyanın paytaxtı Tripoliyə nəzarət uğrunda şiddətli döyüşlər gedir. Toqquşmalarda itki sayının 50 nəfəri ötdüyü barədə məlumatlar yayılıb. Qurbanlar arasında dinc sakinlərin də olduğu bildirilir.
Bu barədə "Associated Press” məlumat yayıb.
3400-ə yaxın insan yaşayış yerlərini tərk etmək məcburiyyətində qalıb. Onların bəzilər blokadaya düşərək təxliyyə oluna bilməyib. Döyüş zonasında yaralılara tibbi yardım göstərən iki həkimin həlak olduğu bildirilir.
Xatırladaq ki, aprelin 8-də feldmarşal Xəlifə Həftarın başçılığı altında Liviya Milli Ordusunun birləşmələri Tripoli aeroportunu raket atəşinə tutub.
Həftarın qüvvələri aprelin 4-dən etibarən Tripolinin ələ keçirilməsi uğrunda hücum əməliyyatına başlayıb.
Qeyd edək ki, Liviyada Müəmmər Qəddafinin öldürülməsindən sonra (2011-ci ildə) ölkə vətəndaş müharibəsinə qərq olub.