21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Bu gün Netanyahunun siyasi taleyi həll ediləcək

09.04.2019

İsrail parlament seçkisinə start verilib.
Seçkidə 6,34 milyon seçicinin 10.460 seçki məntəqəsində yerli vaxtla səhər saat 07:00-dan 22:00-a qədər səs verəcəyi bildirilib.
Seçkidə əsas mübarizənin Likud Partiyası ilə mərkəzçi Kaxol-Lavan Bloku arasında gedəcəyi güman edilir. Belə ki, hər iki siyasi qüvvə baş nazir kürsüsünü ələ keçirməyə çalışır. Likud bu vəzifəyə yenidən Benyamin Netanyahunun, Kaxol-Lavan isə Baş Qərargahın keçmiş rəisi Beni Qantsın gətirilməsini istəyir.
Maraqlıdır ki, hər iki siyasi qüvvənin təhlükəsizlik və xarici siyasətlə bağlı mövqeləri demək olar ki, fərqlənmir, lakin daxili siyasət və ictimai həyata baxışda Kaxol-Lavan daha liberal mövqe tutur.
120 yer olan Knessetə (parlament) ümumilikdə 39 partiya və blokdan namizəd irəli sürülüb. İsrail qanunvericiliyinə əsasən, partiyaların parlamentə düşməsi üçün minimum 3,25% səs toplaması gərəkdir. Buna isə 39 siyasi qüvvədən 13-14-nün nail biləcəyi ehtimalı var.
Qeyd edək ki, Knesset tarixində indiyə qədər heç bir partiya parlamentdə yarıdan çox - 61 mandata sahib olmayıb.