Əbdül ABŞ-a gəldi
09.04.2019
Misir Ərəb Respublikasının prezidenti Əbdül Fəttah əs-Sisinin ABŞ-a üç günlük rəsmi səfəri başlayıb.
Bu gün Misir prezidenti ABŞ-ın prezidenti Donald Trampla görüşəcək və danışıqlar zamanı iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi və Yaxın Şərqdəki vəziyyət, ümumi prioritetlər barədə müzakirələr aparılacaq. Dövlət başçıları, həmçinin regional iqtisadi inteqrasiya, mövcud münaqişələr, təhlükəsizlik və əks-terror sahəsində əməkdaşlıq məsələlərini də müzakirə edəcəklər.
Səfər çərçivəsində Misir prezidenti ABŞ Konqresini və Amerika Ticarət Palatasında olacaq.