10 04 2025-cu il Bakı 7 ℃
DM RADİO
Onlİne xəbər
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024

Sanksiyalar 2 il də uzadıldı

09.04.2019

Yaponiya hökuməti Şimali Koreyaya qarşı ticari qadağaları və digər sanksiyaları daha iki il müddətinə uzadıb.
Bu barədə qərar Yaponiya Nazirlər Kabinetinin aprelin 9-da keçirilən iclası zamanı qəbul edilib.
Xatırladaq ki, Yaponiyanın Şimala Koreyaya qarşı tətbiq etdiyi ticari qadağaların, o cümlədən Şimali Koreya gəmilərinin, həmçinin bu ölkə limanlarından gələn xarici gəmilərin yapon limanlarına daxil olması barədə qadağanın müddəti aprelin 13-də başa çatır.
Bu tədbirlər Yaponiyanın Şimali Koreyanın həyata keçirdiyi nüvə sınaqları və ballistik raketlərin buraxılışı ilə əlaqədar 2006-cı ildə tətbiq etdiyi birtərəfli sanksiyaların tərkib hissəsidir.
Yaponiya hökuməti ABŞ və Cənubi Koreya ilə əməkdaşlıq şəraitində sanksiyaları davam etdirməyi planlaşdırır.
Cari ilin fevralında keçirilən ABŞ-Şimali Koreya sammitinin razılıq əldə edilmədən başa çatmasından sonra Pxenyanın nüvə silahlarının ləğvinə inam perspektivləri son aylar qismən zəifləyib.