ABŞ SEPAH-la bağlı qərarını verdi
08.04.2019
ABŞ SEPAH-ı terrorçu təşkilat kimi tanıyıb.
"Dövran Media" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp məlumat verib.
"ABŞ Dövlət Departamentinin rəhbərliyi ilə atılan bu addımla nəinki İranın terrorizmin sponsoru olduğu, hətta SEPAH-ın terrorçuluq fəaliyyətlərində yaxından iştirak etdiyi, onu maliyyələşdirdiyi, dövlət səviyyəsində terrorçuluğu dəstəklədiyi təsbit olunur”, - Tramp vurğulayıb.