21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

AŞPA-ya çağırış: Obyektiv hesabat hazırla

08.04.2019

Azərbaycan Respublikası Prezidentinin imzaladığı əfv Sərəncamı nəticəsində yüzlərlə məhkum azadlığa buraxılıb. Dövlət başçısı ölkədə məhkəmə sistemində islahatların aparılması ilə bağlı Fərman imzalayıb. Azərbaycanda görülən belə müsbət işlər də hesabatlarda göstərilməlidir.
Bu fikirləri Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının ilk günündə qurumun Bürosunun və Daimi Komitəsinin hesabatı ilə bağlı müzakirələrdə Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov söyləyib.
S.Seyidov hesabatın vacibliyini qeyd edərək onun obyektiv tərtib edilməsinə çağırıb. O deyib: "Azərbaycanla bağlı həmişə mənfi fikirlər səsləndirilir. Xatırlamıram ki, belə hesabatlarda nə vaxtsa Azərbaycanda görülən müsbət işlər də sadalansın. Bu, təəssüf doğurur. Hesabatda ölkədə gedən inkişaf prosesləri qeyd edilməlidir”.
Nümayəndə heyətinin rəhbəri erməni deputatın təhrif edilmiş məlumatlarla və nifrət dolu çıxışına sessiyanın müvafiq iclasında baxılmasına da çağırıb. "Regionumuzda çox dəyişikliklər baş verir. Ancaq müstəsna olaraq dəyişməyən erməni deputatın nifrət dolu çıxışıdır. Bu çıxış Assambleyanın demokratik və digər dəyərlərinə tamamilə ziddir. Sessiyada nifrətə qarşı mübarizə ilə bağlı müzakirələrdə bu məsələyə baxılacaq”, - deyə S.Seyidov diqqətə çatdırıb.