Haftar daha bir ərazini ələ keçirdi
08.04.2019
Xəlifə Haftarın rəhbərlik etdiyi Liviya Milli Ordusu Tripolinin cənubundakı Yarmuk hərbi düşərgəsini ələ keçirib.
Bu məlumatı "RİA Novosti” agentliyi yayıb.
Qeyd edək ki, aprelin 4-dən Liviya Milli Ordusunun rəhbəri Xəlifə Həftarla Tripolinin "terrorçulardan azad olunması üçün” orduya əmr verib. Hücum edən ordu artıq Tripolinin cənub-qərbini ələ keçirib.
Bundan sonra Liviya Milli Hökuməti Haftara qarşı "Qəzəb vulkanı” əməliyyatına başladığını elan edib.