Saakaşvili Poroşenkoya müraciət etdi
08.04.2019
Odessa əyalətinin keçmiş qubernatoru Mixail Saakaşvili ölkə başçısı Pyotr Poroşenkodan ona Ukrayna pasportunu qaytarmasını istəyib.
Bu barədə "Ukrainskaya pravda” nəşri yazıb.
"Beynəlxalq normalar və Ukrayna qanunvericiliyini pozmaqla siz məni vətəndaşlıqdan məhrum etdiniz. Sizin qanuna uyğun hərəkət etməyiniz üçün prezident seçkilərinin ikinci turuna qədər kifayət qədər vaxtınız var”, - Saakaşvili bildirib.