İran ABŞ ordusunu terrorçu elan etməyə hazırlaşır
06.04.2019
İran ABŞ Silahlı Qüvvələrinin bəzi bölmələrini terror təşkilatları siyahısına əlavə edə bilər.
Bu barədə "Röyter” agentliyi məlumat yayıb.
Tehran bu addımı ABŞ tərəfindən SEPAH-ın terror təşkilatı olaraq tanınacağı halda atacaq.
Qeyd edək ki, bundan öncə "Vol Strit Jurnal” qəzeti SEPAH-ın ABŞ-ın terror təşkilatları siyahısına daxil edilə biləcəyini söyləyib. Bu təklifi artıq ABŞ Dövlət katibi Mayk Pompeo, ABŞ prezidentinin Milli Təhlükəsizlik üzrə müşaviri Con Bolton, eləcə də ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Cozef Danford dəstəkləyib.