Özünü üçüncü mərtəbədən atan məktəbli qız öldü
06.04.2019
Bakıda 162 nömrəli məktəbdə özünü üçüncü mərtəbədən atan şagird xəstəxanada dünyasını dəyişib.
Məlumata görə, qız bu gün səhər saatlarında keçinib.
Qeyd edək ki, hadisə baş verdikdən dərhal sonra məktəbli qızın üçüncü mərtəbədən bədbəxt hadisə nəticəsində yıxıldığını bildirilirdi. Daha sonra isə məlum oldu ki, qız psixoloji təzyiqlərə görə intihara əl atıb.