Qadağan olunan məhsul satışda - FOTO
05.04.2019
Tərkibində istehlak üçün yararsız yad cisimlər aşkar olunan "Malyutka – 2” əmtəə nişanlı uşaq qidasının marketlərdə satışı davam etdirilir.
"Dövran Media" xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Baş Prokurorluğunun bu qida maddəsinin təhlükəli olması barədə məlumat yaymasına baxmayaraq, sözügedən məhsul hələ də böyük marketlərin vitrinində yer alır.
Hazırda baş çəkdiyimiz bir neçə böyük mağazada bu məhsulun satışı həyata keçirilir.
Sözügedən məhsulun satışını əks etdirən fotosunu təqdim edirik.