S-400 məsələsi müzakirə olunacaq - Stoltenberq
04.04.2019
Türkiyə tərəfindən S-400 sistemlərinin alınması NATO-nun xarici işlər nazirlərinin gündəminə daxil deyil.
"Dövran Media" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında NATO Baş katibi Yens Stoltenberq deyib.
O, buna rəğmən məsələnin tədbir çərçivəsində müzakirə ediləcəyini qeyd edib.
Stoltenberq hər ölkənin istədiyi silahı müstəqil şəkildə almaq haqqına sahib olduğunu bildirib.