Yunanlar: Aya Sofyanın qisasını aldıq
04.04.2019
Qardaş ölkə - Türkiyədə keçirilən bələdiyyə seçkiləri yunan mediasının da diqqətində olub.
Yunanıstanda çap olunan əksər qəzetlər, bir sıra ictimai-siyasi xəbər portalları müxalifyönlü CHP-nin İstanbul, Ankara və İzmir kimi əsas şəhərlərdə qalib gəlməsini sevinclə qarşılayıblar.
Belə ki, yunan mediasında "Aya Sofyanın intiqamı”, "Türklər Aya Sofyanın intiqamını aldı” başlıqlı xəbərlər diqqət çəkib.
Qeyd edək ki, yunan KİV-in bu səpkidə yazıları səbəbsiz deyil. Belə ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə gün öncəki açıqlamasında Aya Sofyaya ziyarətin ödənişsiz ola biləcəyini istisna etməmişdi.
Türk liderin "Adını muzey deyil, Aya Sofya məscidi qoyarıq” deməsi yunanların hiddətinə səbəb olmuşdu.