Şagird özünü məktəb binasından atdı - BAKIDA
04.04.2019
Bakının Səbail rayonunda yerləşən 162 saylı orta məktəbdə bədbəxt hadisə baş verib.
"Dövran Media"nın xəbərinə görə, məktəbin VIII sinif şagirdi, 2004-cü il təvəllüdlü Yelena Hacıyeva özünü tədris müəssisəsinin 3-cü mərtəbəsindən atıb.
1 saylı şəhər klinik xəstəxanasına çatdırılan Y. Hacıyevanın vəziyyəti orta-ağır qiymətləndirilir. Ona çanaq və qabırğaların sınığı diaqnozu qoyulub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən faktı təsdiqləyiblər. Bildirilib ki, hazırda bununla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma gedir.