Almaniya Trampın istəyini yerinə yetirəcək
04.04.2019
Almaniyanın NATO-ya ehtiyacı var və ona verdiyi bütün vədləri icra edəcək.
"Dövran Media" xəbər verir ki, bunu Vaşinqtonda jurnalistlərə açıqlamasında Almaniya Xarici İşlər naziri Hayko Maas deyib.
"NATO hazırda təkcə Almaniyanı yox, həm də bütün Avropanın təhlükəsizliyinin qarantıdır. O, bizə gələcəkdə də lazım olacaq. Biz verdiyimiz vədlərin hamısını icra edəcəyik”, – deyə o bildirib.
Qeyd edək ki, Tramp yenidən NATO ölkələrinin hərbi xərclərini artırmasını tələb edir.