MSK seçkilərin tam nəticəsini açıqladı
04.04.2019
Ukrayna Mərkəzi Seçki Komissiyası ölkədə 31 martda keçirilən prezident seçkilərinin tam nəticəsini açıqlayıb.
"Dövran Media" xəbər verir ki, bülletenlərin 100%-i sayılandan sonra nəticələr belədir:
1. Aktyor Vladimir Zelenski – 30,24%
2. Hazırkı Prezident Pyotr Poroşenko – 15,95%
3. Batkivşina Partiyasının lideri Yuliya Timoşenko – 13,4%
4. Həyat Naminə Müxalif Platforma Partiyasının lideri Yuri Boyko – 11,67%
5. Vətəndaş Mövqeyi Partiyasının lideri Anatoli Qriçenko – 6,91%
6. UTX-nin keçmiş sədri İqor Smeşko – 6,04%
7. Radikal Partiyanın lideri Oleq Lyaşko – 5,48%
Qeyd edək ki, ümumilikdə seçkilərin birinci turunda 39 namizəd iştirak edib. Namizədlərdən heç biri 50%-dən çox səs toplamadığı üçün 21 apreldə keçiriləcək ikinci turda ilk iki yeri tutan namizəd – Zelenski və Poroşenko prezident vəzifəsi uğrunda mübarizəni davam etdirəcək.