Tramp Ərdoğana SÖZ VERDİ
03.04.2019
ABŞ Prezidenti Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Ankaranın Rusiyadan S-400 zenit-raket komplekslərinin alınması və ABŞ-ın Türkiyəyə F-35 qırıcıları tədarük etməsi ilə bağlı məsələni həll edəcəyinə vəd verib.
"Dövran Media"nın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Nazir qeyd edib ki, ABŞ lideri bu vədi Ərdoğanla telefon söhbəti zamanı səsləndirib:
"O söz verib ki, bu məsələnin həlli üçün əlindən gələni edəcək".