23 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

“Diqlas”la bağlı komissiya bir araya gəldi: Yardıma başlanılır

03.04.2019

Azərbaycan Respublikası Prezidentinin "Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla bağlı sərəncamının icrası ilə əlaqədar Nazirlər Kabineti tərəfindən yaradılmış Komissiyanın aprelin 3-də iclası keçirilib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, iclasda hadisə ilə bağlı dövlətimizin başçısı tərəfindən verilmiş tapşırıqların ötən müddət ərzində icrası vəziyyətinə dair komissiya üzvlərinin məlumatları dinlənilib, yanğının fəsadlarının və sahibkarların üzləşdiyi problemlərin aradan qaldırılması üzrə görüləcək tədbirlərə dair geniş müzakirələr aparılıb.
İclasın gedişində Komissiyanın sədri, Baş nazirin birinci müavini Yaqub Eyyubov tərəfindən dövlətimizin başçısının müvafiq Sərəncamı ilə ayrılmış ilkin vəsait hesabına zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi qaydasının artıq təsdiq olunduğu və növbəti təqvim günündən bu yardımların verilməsinə başlanılacağı vurğulanıb, hər bir sahibkara dəymiş ziyanın həcminin qısa müddətdə müəyyənləşdirilməsinə, yanğının səbəblərinin araşdırılması və oxşar halların digər ticarət və ictimai obyektlərdə baş verməməsi üçün təxirəsalınmaz tədbirlərin görülməsinə, eləcə də hadisə ilə bağlı digər zəruri işlərin davam etdirilməsinə dair komissiya üzvlərinə aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.