İmamoğlu bu foto ilə Ərdoğana səsləndi
03.04.2019
Hansı dönəmi yaşayırıq, haradan haraya gəldik? 25 il əvvəl, 25 il sonra qalibin əlini havaya qaldırmaq bu qədər çətindir?
Rəcəb Tayyib Ərdoğandan prosesə töfhə verməsini istədim. Bir-birimizi təbrik etmək, elmi, istehsalı, iqtisadiyyatdakı çətinlikləri, tez bir zamanda bəzi milli məsələləri birlikdə həll etməyi bacaracaq bir atmosferi ölkəmizə təmin etmək məcburiyyətimiz vardır.
"Dövran Media" xəbər verir ki, bu sözləri qeyri-rəsmi nəticələrə əsasən İstanbul bələdiyyə sədrliyi mübarizəsində qələbə qazanan CHP namizədi Əkrəm İmamoğlu deyib.
O, mətbuat nümayəndələrinə Rəcəb Tayyib Ərdoğanın 1994-cü ildə Nəcməddin Ərbakanla birlikdə dövrün bələdiyyə sədri Nurəddin Sözəndən vəzifəni təhvil almaq üçün İstanbul bələdiyyəsinə gəldiyi zaman çəkilən bir fotonu göstərib.
"Türkiyənin keçmişdən gələcəyə bir çox mövzusu vardır, ancaq mən Ərdoğana səsləndikdən sonra bu fotonu göstərmək istəyirəm. 1994-cü il Ərdoğan Səadət Partiyasından bələdiyyə sədri olan Nurəddin Sözəndən vəzifəni təhvil alarkən hər ikisinin əlini Rifah Partiyasının sədri rəhmətlik Nəcməddin Ərbakan qaldırır”.
Ə.İmamoğlu qalib olaraq əlinin qaldırılmasını istəyib və bərabər çalışmağa hazır olduğunu bildirib.
"Əlimizi qaldırmaq bu qədərmi çətindir?” – İmamoğlu sual edib.