ABŞ-dan Türkiyəyə şok hədə: NATO-dan çıxarıla bilər?
03.04.2019
Türkiyəni Rusiyanın S-400 sistemlərinin alınmasından imtina etdiyi təqdirdə NATO üzvü kimi görmək istəyirlər.
"Dövran Media" xəbər verir ki, bunu ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Key Beyli Hatçison deyib.
Onun sözlərinə görə, ABŞ administrasiyası Türkiyəni NATO üzvü kimi görmək istəyir, amma bunun üçün ölkə öz ərazisində S-400 sistemlərinin yerləşdirilməsinə imkan verməməlidir.
O, ABŞ-ın bu qərarını onunla izah edib ki, rus sistemləri vasitəsilə F-35 bombardmançılarının məlumatları ötürülə bilər.