Soydaşımıza İsveçdə vəzifə verildi
03.04.2019
İsveç Krallığında yaşayan Azərbaycan diasporunun tanınmış təmsilçisi, Stokholm bələdiyyəsinin dövlət qulluqçusu Leyla Kiani 5 müsahibə, imtahan, psixoloji və İQ testlərindən uğurla keçərək Stokholm şəhəri Östermalm, Norrmalm və Kunqsholm birləşmiş bələdiyyəsinin sosial şöbəsində şöbə rəisi vəzifəsinə təyin olunub.
Bu barədə diaspor üzrə araşdırmaçı jurnalist Elnur Eltürk məlumat verib.
Leyla Kiani Sosial-Demokrat Partiyasının fəal üzvlərindəndir. O, eləcə də partiyanın xətti ilə bu il mayın 26-da İsveçdə keçiriləcək Avropa parlamentinə seçkilərdə seçki koordinatoru təyin olunub.