Messi Ronaldunu geridə qoydu
03.04.2019
"Barselona"nın futbolçusu Lionel Messi La Liqada standart vəziyyətlərdən 81-ci qolunu vurub.
o, son olaraq La Liqanın 30-cu turunda "Vilyarreal"la matçda (4:4) komandasının bərabərlik qolunu vurub.
Bununla da, argentinalı hücumçu standart vəziyyətdən vurduğu qolların sayını 81-ə (29-u cərimə zəribələri, 52-i penalti) çatdırıb. Beləliklə, Messi bu göstəricidə "Real"ın sabiq futbolçusu və hazırda "Yuventus"da çıxış edən Kriştianu Ronaldunu (80 qol) geridə qoyub.
Qeyd edək ki, Messi İspaniya çempionatında keçirdiyi 446 matçda 415 qol vurub, 238 qol ötürməsi verib.