Latın Amerikasına təhlükə bu ölkədən gəlir
02.04.2019
Latın Amerikasına təhlükə Kolumbiyadan və onun ABŞ-la əməkdaşlığından gəlir.
Bu barədə Venesuela Xarici İşlər naziri Xorxe Arreazanın bəyanatında deyilir.
"Əgər regional sülhə təhlükə varsa, bu, Kolumbiyanın narkoticarət sənayesi, onu idarə edən hökumət rəsmiləri, onların yaratdığı konfliktlər, Boqotanın müstəmləkəçi (ABŞ nəzərdə tutulur) ölkə ilə əməkdaşlığı ilə əlaqəlidir”, - deyə nazir bildirib.