02.04.2019
Bəzən bu dünyada elə paralelliklərlə rastlaşırıq ki, onlar insanın dərk etmə trayektoriyasından çox - çox uzaqdadır. Yəni onların əsl mahiyyəti, insan beyninin və düşüncəsinin fövqündədir. Bunlar insan üçün əlçatmaz və fəth olunmamış bir zirvə olaraq qalır. Doğrudur, insan öz təxəyyülündə müəyyən fikirləri arzu olaraq canlandıra bilir. Lakin bu heç də, gələcəkdə mütləq baş verəcək hansısa bir ideyanın reallaşması anlamına gəlmir.Bu insan beynində ağlasığmaz iddialara söykənən fikirlərin həyata keçirilməsinə dair bir cəhddir.
Tarixi sübutlara əsaslansaq , qəti fikir yürütmək olar ki, bu günədək kəşf olunan qanun və ixtiraların əksəriyyəti insan beyninə anında sızdırılan bir məlumatdlr. Qəribəsidə budur ki,, bütün bu kəşflərin açıqlamalarından sonra bəlli olur ki, onlar çox sadə bir formula malikdirlər və sanki insanın gözünün önündəymişlər kimi təsiri bağışlayırlar. Biz nə qədər arzulasaqda, mübarizə aparsaqda, Ali qüvvə saydığımız ALLAH tərəfindən izn verilməyincə hər hansı bir istəyimizə nail olmaq mümkünsüzdür. İnsanlar Yaradana gecə və gündüz dua edirlər.Kimi günahlarının bağışlanmasını, kimi şəfa və ruzu verilməsini, kimi də yüksək bilik sahibi olmasını ,bəsirət gözünün açılmasını və qeyb xəbərlərindən bəlli edilməsini diləyir.Hər kəs öz daxili səsinin və ruhunun ona təlqin etdiyi arzunu ürəyinə, sonra isə əllərini göyə açıb dilinə gətirir. Kimi tez, kimi gec bu arzulara qovuşur.Elələri də olub ki, arzuları ümumiyyətlə gerçəkləşməyib.
Bu Uca ALLAHIN təqdiridir. Şübhəsiz ALLAH nəyin xeyir yaxud şər olduğunu daha gözəl bilir. Biz insanlar isə ancaq ALLAHA pənah aparmalı və iman gətirməliyik. Çünki içi biz daxil olmaqla, bütün varlıqları yoxdan yaradan Uca ALLAH hamıdan elmli, qüdrətli, qüvvətli və hər bir şeydən agahdır.
Söhbətin əvvəlində paralelliklərlə bağlı söz açdıq. Indi isə müəyyən müşaidələrə və uyğunluqlara nəzər yetirək. Ilk növbədə 9 rəqəmi .Bu rəqəm özlüyündə bir neçə məqam birləşdirir.
1. Müqəddəs Qurani Kərim ət - Tovbə surəsi.
2. Qız qalası memarlıq abidəsi.
3. Günəş sistemimizdəki planetlərin sayı.
4. Azərbaycanda iqlim sayı.
5. Doğulacaq uşağın ana bətnində saxlanma müddəti.
6. Ana bətnindəki uşağın forması.
7. Buta
Çox güman ki, bu rəqəmlə bağlı paralelliklər çoxdur .
Ancaq bircə onu qeyd etmək lazımdır ki, bu dünyada heçnə təsadüfi deyil hər şey zəruridir. Bizə isə bəxş etdiyi möcüzələrə görə, ALLAHA daim şükürlər etmək gərəkdir. Çünki hansısa bir müşkülün həll olunması üçün, əllərimizi göylərə açıb ancaq ALLAHA dua edirik. ALLAH dualarımızı qəbul etsin!
Hüseyn Kərimov