Mİ-6 rəhbərinin oğlu öldü
02.04.2019
Britaniyanın Xarici Kəşfiyyat Xidmətinin (Mİ6) rəhbəri Aleks Yangerin oğlu Sem Yanger aviaqəzada ölüb.
"Dövran Media" xəbər verir ki, bu məlumatı Şotlandiya Polisi yayıb. Həlak olan Yangerin 22 yaşında olduğu və Edinburq Universitetində təhsil aldığı vurğulanıb.
O öz avtomobilində martın 30-da qəzaya düşüb.
Qeyd edək ki, Aleks Yanger 2014-cü ildən Mİ6-ya rəhbərlik edir.