Akşənərin müavini getdi
02.04.2019
İYİ Partiyanın sədr müavini və İstanbul millət vəkili Ümid Özdağ istefa verib.
"Dövran Media" xəbər verir ki, bu barədə "Hürriyət” yazıb.
Məlumata görə, Özdağ partiya sədrinin digər müavinləri Koray Aydın və Musavat Dərvişoğlunun partiyadaxili siyasətinə və bu siyasət nəticəsində ortaya çıxan mənfi seçki nəticələrinə reaksiya olaraq istefa qərarı qəbul edib.