21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Çeçenistan qonşusunun torpağını öz ərazisinə qatdı

02.04.2019

Dağıstan parlamenti birtərəfli qaydada sərhədlərin müəyyən edilməsinin yolverilməz olması barədə bəyanatla çıxış edib.

Buna səbəb Çeçenistanın Qeydiyyat, Kadastr və Xəritəçəkmə İdarəsinin yayımladığı kadastr xəritəsi olub. Bu xəritədə rəsmi Qroznı Dağıstanın Qızılyar rayonunun tərkibinə daxil olan sərhədyanı məntəqələrdən birini Çeçenistan torpağı kimi qeydiyyatdan keçirib.

Parlamentin hazırladığı bəyanat Rusiya Prezidentinin Şimali Qafqaz Federal Bölgəsi üzrə nümayəndəsi və Çeçenistanın spikerinə də göndərilib.

Qeyd edək ki, bundan öncə Çeçenistanla İnquşetiya arasında torpaq mübadiləsi haqqında müqavilə imzalanıb. Müqavilə sonradan İnquşetiyada böyük etirazlara səbəb olub. Yerli əhali İnquşetiya hakimiyyətindən müqavilənin təcili ləğvini tələb edib. /axar.az/