Holland: "İfrat sağçılar iqtidara gələcək"
01.04.2019
Fransanın sabiq prezidenti François Holland radikal sağçıların 2022-ci ildə keçiriləcək prezident seçkilərində və ya sonrakı illərdə iqtidara gələcəyini bildirib.
"Dövran Media" xəbər verir ki, Holland hökumətin "sarı jiletlilər"in tələbinə vaxtında cavab verə bilmədiyini qeyd edərək, bu üzdən çoxsaylı xoşagəlməz olayların meydana gəldiyini deyib.
Dünyada millətçiliyin yüksəldiyini diqqətə çatdıran sabiq prezident "təhdid ifrat sağçılardan gəlir. Bir gün onlar Fransada iqtidara gələcək", deyə bildirib.